EN

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında vizasız rejim tətbiq oluna bilərmi? - AÇIQLAMA

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrində viza rejiminin sadələşdirilməsi gündəmdədir.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Nurlan Ermekbayev deyib. Eyni zamanda, o, ŞƏT-ə vizasız gediş-gəliş məsələsinin vaxtının hələ yetişmədiyini açıqlayıb.

Ermekbayevin sözlərinə görə, bu mövzu digərləri ilə yanaşı, ŞƏT-ə üzv ölkələrin daxili işlər nazirlikləri və miqrasiya xidmətləri tərəfindən də müzakirə olunur. Təşkilatın baş katibi xatırladıb ki, bir çox ŞƏT ölkələri ikitərəfli əsasda vizasız gediş-gəliş haqqında sazişlər bağlayıb.

“Təşkilat daxilində vizasız rejim məsələsi hələ yetişməyib, lakin viza rejimlərinin liberallaşdırılması üzərində iş turizm administrasiyalarının fəaliyyət planında nəzərdə tutulmuş vəzifələrdən biridir”- deyə, o, izah edib.

Chosen
10
ikisahil.az

1Sources