EN

AŞPA-nın bu gün Strasburqda açılan qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səs hüququnun bərpa olunması məsələsinə baxılmayacaq. Bu, Azərbaycan parlamenti nümayəndə heyətinin səlahiyyətlərinin bərpa olunması üçün AŞPA-ya müraciət etmədikdən sonra məlum olub.

Xatırladaq ki, Azərbaycan ötən ilin yanvar ayında AŞPA-da səs hüququndan məhrum edilib.

Azərbaycanın Avropa Şurasında səs hüququndan məhrum edilməsinin təşəbbüskarı, almaniyalı deputat Frank Şvabe X sosial şəbəkəsində belə yazıb: "Azərbaycan Avropa Şurasının dəyərlərinə və qaydalarına prinsipial hörmətsizlik nümayiş etdirdiyinə görə Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinə malik ola bilməyəcəyini etiraf edir və Strasburqa akkreditasiya üçün nümayəndə heyəti göndərmir".

Chosen
17
turan.az

1Sources