Bakı. Trend:
Ötən il Azərbaycana 66,1 milyon ABŞ dolları dəyərində dəyərində64,3 min ton düyü idxal olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədədəyər baxımından 16 milyon ABŞ dolları (32%), həcm ifadəsində isə9,7 min ton (17,8%) çoxdur.
Dövr ərzində gətirilən düyü ölkənin ümumi idxalındakı payının0,31%-ni təşkil edib.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan 2,5 milyard ABŞdolları dəyərində yeyinti məhsulları idxal edib ki, bu da 2023-cüildəki göstəricilərlə müqayisədə 314,6 milyon ABŞ dolları və ya14,6% çoxdur.