Daniele De Rossi xilaskar rolunu üzərinə götürüb. İtaliya yığmasının sabiq yarımmüdafiəçisi “Ostia Mare” klubunu alıb.
“Corriere della Sera” qəzetinin məlumatına görə, De Rossi İtaliya çempionatının D seriyasında çıxış edən klubu müflis olmaqdan xilas edib. O, həmçinin hazırda təhlükəsizlik qaydalarına uyğun olmayan yerli stadionla bağlı problemləri həll edəcəyinə söz verib.
Qeyd edək ki, “Ostia Mare” De Rossi üçün doğma klubdu. O, futbolun sirlərinə 1997-2000-ci illərdə bu komandanın formasında yiyələnib və 2000-ci ildə “Roma”nın akademiyasına qəbul edilib.