Jetour Azerbaijan
Mühasib operator
Son tarix 10 fev 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Babək pr.
- İş qrafiki: 5 günlük (normal)
- Əmək haqqı: nett 1500-2000 AZN
Tələblər:
- Ali təhsil: mühasibatlıq, maliyyə, digər iqtisadiyyat ixtisasları;
- Sahə üzrə 1-3 il iş təcrübəsi;
- Kompüter biliyi: 1C (8.3), MS Office (əsasən Excel) proqramlarında sərbəst;
- Sahə üzrə yerli qanunvericiliyi bilməsi mütləqdir;
İş haqqında məlumat:
- İlkin əməliyyatların 1C mühasibat proqramında əks olunması;
- Bank və kassa əməliyyatları;
- Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması, portalda işlənməsi;
- E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Hesabatlarla bağlı Baş mühasibə lazımı məlumatların işlənib təqdim edilməsi;
- Yük Gömrük Bəyannaməsi ilə bağlı əməliyyatlar;
- Qeyri-rezident şirkətlərlə əməliyyatların aparılması.
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini mövzu yerinə “Mühasib operator - Jetour” yazaraq elektron poçt ünvanına göndərə bilər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.