EN

Pamela Anderson verdiyi vədi pozdu: Yeni fotosessiyası ilə

İctimaiyyət qarşısında makiyajdan imtina edən və bütün qırmızı xalçalarda bir qram kosmetika olmadan görünən 57 yaşlı amerikalı aktrisa və model Pamela Anderson “Elle” jurnalının Amerika versiyasının yeni buraxılışı üçün fotosessiya xatirinə prinsipini pozub. Sosial media səhifəsində o, nəşrin səhifələrindən kadrları paylaşıb və yazıçı Marta Stüart ilə söhbətində xatirələri, “Netflix” sənədli filmi və daha bir çox şeylər haqqında danışıb.
 

Sfera.az bildirir ki, yeni fotosessiyasında Pamela Anderson dünyanın ən məşhur brendlərinin zərgərlik və əşyalarını sınayıb, həmçinin yazıçı Marta Stüartla söhbət edib.

Fotoqraf Adrienne Raquelin obyektivləri qarşısında Pamela cazibədar sarışın kimi deyil, özünə inamlı, sərt və eyni zamanda seksual bir iş qadını kimi görünüb. O, məşhur “Saint Laurent”, “Prada”, “Ralph Lauren”, “Max Mara”, “Valentino”, “McQueen” brendlərinin əşyalarını sınaqdan keçirərək, onları “Christian Louboutin” və “Jimmy Choo”nun stiletto topuqları ilə tamamlayıb. Kombini modelin gözlərini və dodaqlarını vurğulayan mükəmməl makiyaj, həmçinin “Pandora” zinət əşyaları ilə tamamlanıb.


Qeyd edək ki, bu yaxınlarda "Sonuncu rəqqasə" filmi çıxıb və bu rol Pamelanın karyerasında ən yaxşılarından biri olub. O, “Qızıl Qlobus”, “Gotham” və “SAG” Mükafatlarına namizəd olsa da, Akademiya onu “Oskar” nominasiyalarına əlavə etməyib. Lakin aktrisa bundan o qədər də üzülməyib.

 

"Həmişə deyirəm ki, qələbə işdədir. Mən həqiqətən sevdiyim bir işlə məşğul olmalıydım və bunu ruhum üçün etməliydim".
 

Pamelanın sözlərinə görə, film 18 günə çəkilib.

 

"Biz onu Rioda, səhnə arxasında, bu kiçik məkanlarda çəkdik. Şou başlamalı olduğu üçün müəyyən vaxtda getməli idik, ona görə də hər şeyi geri qoymalı olduq"-deyə aktrisa xatırlayır.
 

Bütün çəkiliş prosesi Anderson üçün əsl bayram olub və sanki o, bütün həyatı boyu bu rolu gözləyirdi.
 

Söhbətdə Pamela incə bədən quruluşunun sirlərini bölüşüb. O qeyd edib ki, qidalanmasına diqqət edir, sağlam və faydalı qidalar seçir, həmçinin çoxlu rəqs edir ki, bu da onun idman zalındakı məşqlərini tamamilə əvəz edir.

 

Aysel

Chosen
16
sfera.az

1Sources