![Azərbaycan](https://ulusum.az/uploads/posts/2025-01/349c0978a2_fgvxk8tlqbkzumcyze8vuk27dbnrijiv0ib2kae2.webp)
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Qazaxıstanın Aktau şəhərinin yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər."Ulusum".az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında bildirilir.Qeyd olunur ki, görüş zamanı xidməti araşdırmanın yekunlaşdırılması və nəticələrinin ictimaiyyətə çatdırılmasının zəruriliyi vurğulanıb."Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb", - nazirlikdən bildirilib.
Diqqət Çəkənlər
Konqoda döyüşlər: 13 sülhməramlı həlak olub
HAMAS İsrail əsiri Arbel Yehudu 31 yanvarın sonuna qədər azad edəcək
NYT: Trampın Tülsi Qabbardın namizədliyinə şübhələri və mühafizəkarların narahatlığı