EN

"Sumqayıt"ın amerikalı basketbolçusu: “Neftçi” ilə oynayacağımıza görə narahat olmamalıyıq”

“Neftçi” ilə oynayacağımıza görə narahat olmamalıyıq”.

"Report" xəbər verir ki, bunu “Sumqayıt”ın basketbolçusu Kolin Golson klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, NTD-dən ayrıldıqdan sonra yeni kollektivdə özünü yaxşı hiss etdiyini vurğulayıb:

“Artıq “Sumqayıt”da daha sərbəst oynayıram. Doğrusu, özümü burada ailənin bir üzvü kimi hiss edirəm. Komanda yoldaşları kimi bir-birimizi yaxşı anlayırıq. Çalışırıq ki, bir yerdə daha çox vaxt keçirək”.

Amerikalı basketbolçu bloggerlik fəaliyyətindən də danışıb:

“Basketbol oynamaqla yanaşı, həm də bloggerliklə məşğulam. Sumqayıt və Bakıda çəkdiyim videoların belə çox ajiotaja səbəb olacağını gözləmirdim. Videolarıma insanlar tərəfindən çox fərqli reaksiyalar gəlir. Bəyənənlər də olur, buna təəccüblənənlər də tapılır”.

K.Golson Azərbaycan Kubokunun 1/8 finalında “Neftçi” ilə sabah keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:

“Neftçi” elə də güclü komanda deyil. Bu rəqibə qarşı oynamaq mümkündür. Onlar bizi daha çox təhlil etməlidir. Çünki “Sumqayıt” onlara daha çətin anlar yaşada bilər. “Neftçi” ilə oynayacağımıza görə narahat olmamalıyıq”.

Chosen
11
32
report.az

10Sources