EN

Atəşkəsin uzunmüddətli olma ehtimalı azdır: “Razılaşma tam pozulmasa da İsrail ara-sıra…”

“İsrail-Həmas razılaşmasının uzunmüddətli olması ehtimalı çox azdır. Trampın səyləri nəticəsində bağlanan atəşkəs müqaviləsi nəticəsində Qəzza zolağına qayıdacaq fələstinli insanların orda yaşamaq üçün şərait olmamasını bəhanə edib İordaniya və Misirə onları qəbul etmələri üçün təsir edən Tramp görünən odur ki, onlardan bu adla qurtulmaq planları cızır. Ona görə də ərazidə sakitlik olması qəzzalıları yenidən geri qayıtmağa ürəkləndirir”.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.

O bildirib ki, atəşkəs görüntüsü İsrailə sərf etmir:

“Ara-sıra ərazinin bombalanması halları mümkün olacaq. Donald Tramp hətta Cozef Baydenin İsrailə verilməsini qadağan etdiyi 500kq-lıq bombaların İsrailə verilməsinə icazə verdi. Bu, onu göstərir ki, onların planları başqadır. Təbii ki, bu fakt qəzzalılar üçün çəkindirici amil rolu oynamalıdır. Hesab edirəm ki, atəşkəs razılaşması tam pozulmasa da İsrail ara-sıra Qəzza ərazilərini bombalayacaq və əməliyyat keçirəcək. Amma geniş müharibənin olması üçün Həmasın imkanları yox dərəcəsindədir. Hətta hesab edirəm ki, bu atəşkəs girovların azad edilməsi üçün bağlanıb. İsrail Qəzzaya tam sahib olmasa dayanan deyil”.

//Gülnarə Abasova, Editor.az

Chosen
10
editor.az

1Sources