EN

Tokayev Qazaxıstan hökumətini "kəmərləri sıxmağa və imkanlara uyğun yaşamağa" çağırıb

Qazaxıstan Prezidenti total qənaət rejiminə keçməyin və vəsaitləri yalnız ən vacib məsələlərin həllinə xərcləməyin vacibliyini bildirib.

“Report” xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə hökumətin yanvarın 28-də keçirilən geniş iclasında danışıb.

"Nə qədər çətin olsa da, hökumət vəsaitlərin tam qənaətini və onların yalnız ən təxirəsalınmaz məsələlərin həllinə xərclənməsini təmin etməlidir", - o vurğulayıb.

Prezident qeyd edib ki, "kəmərləri sıxmaq və imkanlara uyğun yaşamağın" vaxtı gəlib.

O, həmçinin bildirib ki, Qazaxıstan Milli Bankı "müstəqillik və sərbəstlik" prinsiplərindən geri çəkilməli, inflyasiyanın artmasına yol verməmək üçün hökumətlə fəal əməkdaşlıq etməlidir.

Chosen
18
37
report.az

10Sources