Bələdiyyə seçkilərində siyasi partiyaların 8504 nəfər üzvü iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, 7488 nəfər isə bitərəfdir:
"Namizədlərin 31 faizi qadındır və qeyd etmək istəyirəm ki, qeydə alınan namizədlərin 82 faizi ali təhsillidir".
Müəllif: Teleqraf.com