EN

NATO anbarları vuruldu

Gecə saatlarında Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinə (VSU) aid olan hədəflərə zərbələr endirib. Bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 28-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna hərbçilərinin NATO anbarlarının və artilleriya texnikasının olduğu yerə zərbələr endirib.

Məlumata görə, rus qoşunları Odessadakı Şkolnı aerodromuna da hücum edib, burada çoxlu anbarlar və pilotsuz təyyarələrin toplanması məntəqəsi var. Xarkov, Çerniqov, Sumı və Krivoy Roqda da partlayışlar qeydə alınıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
12
news365.az

1Sources