EN

Tramp məhbusları “pul müqabilində” xarici ölkələrə göndərəcək

Ajans.az xəbər verir ki, Donald Tramp Respublika Partiyasının üzvləri üçün keçirilən konfransda iştirak edib və həmin fikirləri səsləndirib.

NBC telekanalında yer alan xəbərə görə, Tramp buradakı çıxışında qənaət tədbiri olaraq həbsxana məhbuslarını “kiçik ödənişlə” xarici ölkələrə göndərməyi planlaşdırdığını açıqlayıb:

“Əgər onlar bir neçə dəfə həbs ediliblərsə və bir çox cinayətdə iştirak ediblərsə, mən onları ölkəmizdən çıxarmaq istəyirəm. Ümid edirəm ki, onları ölkəmizdən cəhənnəmə göndərmək üçün icazə ala bilərik. Xarici bir ölkəyə göndərilib, cüzi bir ödəniş qarşılığında onlara baxılması çox daha baha başa gəlir”.

Cinayətkarların başqa ölkəyə göndərilməsinin cinayət nisbətlərini azaldacağını ifadə edən Tramp, “Bu insanların bəziləri qarşıdan gələn metro qatarlarına insanları itələmək, beysbol dəyənəyi ilə başlarına vurmaq, yaşlı qadınların üzünə yumruq atmaq kimi dəhşətli cinayətlərə qarışıb. Lakin onlar azadlığa çıxanda yenidən cinayət törədirlər, sanki cinayət törətməkdə sərbəstdirlər” cümlələrini dilə gətirib.

Chosen
19
50
Ajans.az

10Sources