EN

Azərbaycan, Türkiyə və Özbəkistan arasında mühüm sənəd İMZALANACAQ

Sabah Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edilib ki, görüşdə Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat və nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Özbəkistanın nümayəndə heyətinə xarici işlər naziri Bəxtiyar Saidov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və nəqliyyat naziri İlham Mahkamov daxildir.

İclasın gündəliyinə xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat, kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.

Üçtərəfli görüşün sonunda Ankara Bəyannaməsinin imzalanacağı və Bəyannaməyə əlavə edilən Fəaliyyət Planının üç ölkənin gələcəkdə izləyəcəyi konkret yol xəritəsini müəyyən edəcəyi gözlənilir.

Qeyd edək ki, bu formatda görüşlərdən birincisi 2022-ci il avqustun 2-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilib.

Bizim.Media

Chosen
11
37
bizim.media

10Sources