EN

Burak Yılmaz yenidən Super Liqada çalışacaq

Türkiyə Super Liqası təmsilçilərindən “Kasımpaşa” yeni baş məşqçisinin adını açıqlayıb. Msport.az xəbər verir ki, bu postda Burak Yılmaz gətirilib.

39 yaşlı mütəxəssis son olaraq “Kayserispor” klubuna rəhbərlik edib. Türkiyə millisində futbolçu kimi 77 oyunda 31 qol vurmuş Burak karyerasını 2023-cü ildə bitirib.

Qeyd edək ki, “Kasımpaşa” baş məşqçisi Hakan Keleşlə yollarını qarşılıqlı razılıqla ayırmışdı.

Chosen
13
26
msport.az

10Sources