EN

"DeepSeek-R1" dünya bazarlarını və milyarderlərin sərvətlərini sarsıtdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Planetin ən varlı insanları Çinin süni intellektə əsaslanan "DeepSeek-R1" çat-botunun yenilənməsi ilə əlaqədar əsas indekslərin düşməsindən sonra ən azı 108 milyard dollar itiriblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilir ki, ən böyük itkilərə sərvətləri süni intellektlə bağlı olan milyarderlər məruz qalıb. Belə ki, "Oracle" korporasiyasının rəhbəri Larri Ellisonun sərvəti 22.6 milyard, "NVidia"nın sahibi Censen Huanqın sərvəti 20.1 milyard, "Dell"in Direktorlar Şurasının sədri Maykl Dellin sərvəti isə 13 milyard dollar azalıb.
Çinin "DeepSeek" şirkəti yanvarın 20-də ABŞ-nin "OpenAI" şirkətinin qabaqcıl "ChatGPT" versiyasından üstün olduğu iddia edilən çat-botun yeni "R1" versiyasını buraxıb.
Ekspertlər qeyd edirlər ki, Çin çat-botunun tərtibatçıları "OpenAI"dan xeyli az vəsait xərcləyiblər.
Bazarların "DeepSeek-R1"in meydana çıxmasına reaksiyası kəskin olub. ABŞ-nin "Nasdaq" texnologiya indeksi 3%-dən çox enib, "OpenAI" üçün bahalı çiplər təchiz edən "NVidia" şirkətinin səhmləri isə 16.86% aşağı düşüb.
Chosen
25
24
oxu.az

10Sources