EN

Avropada ən çox satılan maşın markası bəlli oldu

Dacia Sandero 2024-cü ildə Avropanın ən çox satılan avtomobili olub.

Milli.Az xəbər verir ki, Fransız şirkətinə məxsus hetçbek Sandero bir il ərzində 309.392 ədəd satılaraq Avropanın zirvəsinə yüksəlib və Dacia-nın ilk dəfə 300 min həddini aşan modeli olub.

"Renault Qrup"un hesabatına görə Dacia 2024-cü ildə ümumilikdə 676.340 avtomobil satışı ilə 2,7 faiz böyümə əldə edib və 2004-cü ildən bu yana ümumilikdə 9 milyondan çox avtomobil sataraq bazardakı mövqeyini gücləndirib. Xüsusilə Sandero modeli ilə böyük uğur qazanan marka, 2024-cü ildə 2023-cü illə müqayisədə 14,5 faiz artım göstərərək həm perakəndə, həm də ümumi bazarda Avropanın ən çox satılan avtomobili kimi tarixə düşüb.

İsmayıl
Milli.Az

 
Chosen
14
50
milli.az

10Sources