Türkiyənin Bursa şəhərində güllələnmə hadisəsi qeydə alınıb. AzPost xəbər verir ki, bu barədə DHA məlumat yayaıb. Belə ki, 23 yaşlı Tayfun Sarı nişanlısı Aynur Arda və və onun bacısı Nuray Ardanı küçədə ov tüfəngi ilə güllələyib. Kürəyinə və ayaqlarına güllə dəyən şəxslər ağır yaralanıb.
Şübhəli Talfun Sarı ardınca maşınına minərək uzaqlaşıb. Ətrafdakılar hadisə yerinə polis və təcili yardım çağırıblaar. İlkin tibbi yardımdan sonra yaralılar Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Polis faktla bağlı araşdırma aparır. Hadisənin hansı səbəbdən törədilməsi isə açqlanmayıb.