Dünya Səhiyyə Təşkilatı, "National Geographic" və BC Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, bəzi qidaların düzgün şəkildə istehlak edilməməsi həyati təhlükəyə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, dünyanın ən təhlükəli 5 qidası bunlardır:
1. Sannakjı
Kore mətbəxinə məxsus sannacji yeməyində canlı ahtapotun tentaklları ilə birlikdə istehlak edilməsi sağlamlıq üçün təhlükəlidir. Tentakllardakı sorma yastıqları, qopsa belə işləməyə davam edir və boğulma riski yaradır. Hər il təxminən 6 nəfərin sannacji yeyərkən həyatını itirdiyi bildirilir.
2. Rhubarb
Adətən piroq və cemlərdə istifadə edilən ravend tərəvəzi təhlükəli yarpaqlara malikdir. Bu yaşıl yarpaqlar tərkibində oksalik turşu saxlayır. Oksalik turşu nəfəs darlığı, ürəkbulanma, qusma, qarın ağrısı, qıcolmalar və hətta ölümə səbəb ola bilər.
3. Puffer Balığı
Balon balığı, tərkibində tetrodotoksin adlı çox zəhərli bir maddə ehtiva edir. Bu toksin sianürdən 1200 dəfə güclüdür və istehlak edən şəxsi cəmi 20 dəqiqə ərzində öldürə bilər. Balon balığının yalnız xüsusi təlim keçmiş aşpazlar tərəfindən hazırlanması məsləhətdir. Tokioda fugu adlı bu yemək, 2006-2015-ci illərdə yüksək ölüm halları ilə diqqət çəkib.
4. Ölüm Mələyi Göbələyi
Amanita virosa olaraq tanınan bu göbələk növü, göbələk zəhərlənmələrinin 90%-ni təşkil edir. Bu göbələyin az bir hissəsinin yeyilməsi belə ölümə səbəb ola bilər. 6-12 saat ərzində ürəkbulanma, qusma, aşağı təzyiq və ishal kimi əlamətlər yaranır. Bir neçə gün ərzində qaraciyər və ya böyrək çatışmazlığı inkişaf edə bilər. Ölümlə nəticələnən bu göbələklər İngiltərə və İrlandiyada daha çox yayılıb.
5. Maniok
Cənubi Amerika mənşəli maniok (yuka) 500 milyondan çox insanın qida mənbəyidir. Lakin maniokun kökü və yarpaqları siyanid halına keçə bilən toksinlər ehtiva edir. Nyu-York Elmlər Akademiyasının hesabatına görə, maniok zəhərlənməsi baş ağrısı, başgicəllənmə, qıcolmalar və hətta ölümlə nəticələnə bilər. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il 200-dən çox insan maniok zəhərlənməsi səbəbindən həyatını itirir.
Hər bir qidanın düzgün və təhlükəsiz şəkildə hazırlanması vacibdir. Aksi təqdirdə, sadə bir qida həyati təhlükəyə çevrilə bilər.
Kənan YUSİF