EN

Tikiləcək yeni 10 metro stansiyası ilə bağlı təfərrüatlar açıqlandı

Bakı. Trend:

Metronun inkişaf ssenariləri təhlil olunmuşdur və ən optimalssenari simulyasiya edilərək seçilmişdir.

Trend xəbər verir ki, bunu bu gün AzərbaycanYerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayevnəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanıdeyib.

"Yollar tikildikdən sonra da bütün bu daşımaları təkcəavtobusların yerinə yetirməsi mümkün deyil. Çünki tələbat çoxyüksəkdir və həm də kütləvi daşıyıcıların xidmətləriningenişləndirilməsi çox vacibdir. Burada metronun inkişaf ssenariləritəhlil olunmuşdur və ən optimal ssenari simulyasiya edilərəkseçilmişdir. Diqqətinizə məruzə edilmişdir ki, 10 yeni stansiyatikiləcək, 4 stansiya isə əlaqələndiriləcəkdir. Bu 10 stansiya“Bənövşəyi xətt”in Babək prospektinə qədər və “Yaşıl xətt”in isəmetronun “Həzi Aslanov” stansiyasına qədər uzadılmasıdır. Qeydetmək istərdim ki, “Bənövşəyi xətt”in uzadılması, eyni zamanda,metronun “Avtovağzal” və “Xocasən” stansiyalarının istifadəsinigenişləndirəcək və bir daha “20 Yanvar” metrostansiyasına və həmindairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır.

“Həzi Aslanov”dan “Yaşıl xətt”in uzanması isə gündəlik əsasdaşəhərin mərkəzindən istifadə etməklə Xocasəndə yerləşən ticarətmərkəzinə gedib-gələn minlərlə vətəndaşa xidmət edəcəkdir. Bu dabir daha şəhər mərkəzinin trafikinin azalmasına səbəb olacaqdır. Bulayihələrin icrası nəticəsində il ərzində metro ilə daha 88 milyonsərnişin daşınması mümkün olacaqdır. Metro şəhər daxilində olandaşımaları həyata keçirəcəkdir", - o bildirib.

Məqalədə:
Chosen
6
50
az.trend.az

10Sources