EN

Daha bir qalmaqallı istefa

Serbiyada Baş nazir Milos Vuçeviçlə yanaşı, Novi Sad şəhərinin bələdiyyə sədri Milan Dyuriç də tutduğu vəzifədən istefa verib.

Modern.az xəbər verir ki, Milos Vuçeviç Novı Sad şəhərində dəmiryolu vağzalında 15 nəfərin ölümü ilə nəticələnən qəzaya və ölkədə baş verən etirazlara görə bu qərarı qəbul etdiyini bildirib.

O, yeni Baş nazir seçilənə və ya fərqli siyasi qərar qəbul olunana qədər vəzifədə qalacağını, həmin vaxtadək hökumətin bütün üzvlərinin istefada olacağını və texniki mandatla işləyəcəyini qeyd edib.

Novi Sad meri Milan Dyuriç isə ölkədə sabitlik və gərginliyin aradan qaldırılması və cəmiyyətdə gələcək parçalanmaların qarşısını almaq üçün istefa qərarı qəbul etdiyini deyib.

Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün hökumətin iclasında iştirak edəcək, daha sonra ictimaiyyətə müraciətlə çıxış edəcək.

Aleksandar Vuçiç daha əvvəl etiraz aksiyası keçirən tələbələrin tələblərini yerinə yetirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, keçən il noyabrın 1-də Novi Sad şəhərindəki dəmiryolu vağzalında baş verən qəzada 15 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Hadisədən sonra Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç, eləcə də daxili və xarici ticarət naziri Tomislav Momiroviç tutduqları vəzifələrdən istefa veriblər.

"Cebheinfo.az"

Chosen
9
cebheinfo.az

1Sources