EN

Məşvərət Şurasının növbəti iclasının vaxtı məlum oldu

Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasının vaxtı müəyyənləşib.


News365.az-ın verdiyi məlumata görə, görüşlər aprelin 4-də baş tutacaq.


Xatırladaq ki, SGC Məşvərət Şurasının 10-cu Nazirlər Toplantısı və Yaşıl Enerji Məşvərət Şurasının 2-ci Nazirlər Toplantısı 2024-cü il martın 1-də keçirilib.


Qeyd edək ki, SGC Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri 2015-ci ildən bəri hər il fevral ayında keçirilirdi, ötən il ilk dəfə bu tədbirlər mart ayında baş tutdu.


SGC layihəsinə “Şahdəniz-2” layihəsi, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu Qaz Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Qaz Kəmərinin (TAP) tikintisi daxildir. Layihənin ümumi dəyəri 33 milyard ABŞ dolları təşkil edir.

Chosen
8
14
news365.az

7Sources