EN

3 dəfə xərçəngə yaxalanan həkim: "Doğru bildiklərim yanlış imiş, bunlardan uzaq durun"

3 dəfə xərçəngə yaxalanan həkim:

40 yaşında döş xərçəngi diaqnozu qoyulan cərrah Dr. Liz O'Riordan, üç dəfə xərçənglə mübarizə aparıb və qidalanma haqqında yanlış bildiklərini yenidən dəyərləndirib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, o, sağlam qidalanma və həyat tərzinin xərçəng riskini azaltmaqda əhəmiyyətli olduğunu vurğulayıb.

Dr. Liz, yeməkdə "80:20 qaydasını" mənimsəyərək yeməklərinin 80%-ni sağlam, 20%-ni isə həzz üçün seçir. O, bitki əsaslı qidalanmaya üstünlük verərək yeməyinin üçdə ikisini tərəvəzlərdən təşkil edir.

Döş xərçəngi ilə mübarizə apararkən bir çox qidalanma vərdişlərinin və doğru hesab etdiyi şeylərin əslində səhv olduğunu anladığını deyir. Onun öyrəndiyi yanlışlar aşağıdakılardır:

Hazır yeməklərin praktikliyi sağlamlığa təsir etməz: Gərgin iş saatlarında hazır yeməklərə və qəlyanaltılara üstünlük verirdi, lakin bunun uzun müddətli sağlamlıq üçün zərərli olduğunu öyrəndi.

Qidalanmanın xərçənglə əlaqəsi azdır: Əvvəlcə qidalanmanın xərçəng riskinə təsirini əhəmiyyətsiz hesab etsə də, xərçəngin qarşısının alınmasında və təkrarlanmasında qidalanmanın mühüm rol oynadığını öyrəndi.

Şəkər və ultra emal olunmuş qidaların təsiri əhəmiyyətsizdir: Şəkərin və işlənmiş qidaların xərçəng riskini artıra biləcəyini anladı və onları məhdudlaşdırmağa başladı.

Qırmızı və işlənmiş ətin istehlakında limitə ehtiyac yoxdur: Həddindən artıq qırmızı və işlənmiş ət yeməyin xərçəng riskini artırdığını öyrənərək bu vərdişi dəyişdi.

Əlavələr təhlükəsizdir və sağlamlıq üçün faydalıdır: Balanslı bir pəhriz zamanı əlavələrə ehtiyac olmadığını və həddindən artıq istifadənin zərərli ola biləcəyini anladı.

Spirtin sağlamlığa təsiri minimaldır: Alkoqolun xərçənglə əlaqəli olduğunu öyrənərək istehlakını ciddi şəkildə məhdudlaşdırdı.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
16
29
e-saglam.az

10Sources