EN

“Nəyə gücümüz çatırsa...” - Federasiya prezidenti

"Biz ona yüksək qiymət veririk".

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev Rafael Ağayev haqqında danışarkən deyib.

O, 39 yaşlı idmançının Azərbaycanla yanaşı, dünyada da məşhur olduğunu bildirib:

"Dünyada nadir nəticələrdən biri də məhz ona məxsusdur. Hazırda karatedə çıxış etməsə də, hər zaman onu dəyərləndiririk".

"Hamı bilməlidir ki, idman dövlətin dəstəyi və qayğısı ilə əhatə olunub. Bu olmasa, inkişaf mümkünsüzdür. Azərbaycan Karate Federasiyası ictimai birlikdir. Qurumun bəlli büdcəsi var. Hazırda sponsorumuz yoxdur. Gənclər və İdman Nazirliyi bizə dəstək göstərir. Büdcəmiz nəyə icazə verirsə, hamıya maddi və mənəvi dəstək verməyə çalışırıq. Nəyə gücümüz çatırsa, titullu idmançılarımıza dəstək olmağa hazırıq. Federasiyanın imkanları limitlidir. Bunlar anlayışla qarşılanmalıdır".

Ü.Quliyev Vətən müharibəsi şəhidi Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate (idman karatesi / WKF) turniri barədə də danışıb:

"Elzar Yusubov gənc yaşlarından karate ilə məşğul olub. Şəhidlər bizim qürur mənbəyimizdir. Onların adlarını uca tutmağa çalışırıq. Yarışda 300-ə yaxın idmançı iştirak edir. Burada əsas məqsədimiz şəhidlərimizin adlarını hörmət və ehtiramla anmaqdır".

Rafael Ağayev daha əvvəl Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti postundan ayrılıb.

Chosen
17
1
sportinfo.az

10Sources