EN

Ukrayna Rusiyanın 4-cü ən güclü neft emalı zavoduna hücum edib- TƏCİLİ - VİDEO

Çərşənbə günü axşam saatlarında Ukraynaya məxsus kamikadze pilotsuz təyyarələri Rusiyanın Kstovo vilayətində yerləşən neft emalı zavodunu hədəfə alıb.

Sherg.az Reuters-ə istinadən xəbər verir ki, zərbələrdən sonra ərazidə yanğının başladığı deyilir. 

Bölgənin qubernatoru Qleb Nikitin isə ilkin məlumatlara görə xəsarət alanların olmadığını bildirib.

Kstovodakı neft emalı zavodu illik 17 milyon ton emal gücü ilə Rusiyada 4-cü ən güclü neft emalı zavodudur. 

Neft emalı zavodu cəbhə xəttindən 800 km aralıda yerləşir.


Chosen
9
10
sherg.az

10Sources