Qazaxıstanın Energetika Nazirliyi, Milli Təhlükəsizlik Komitəsi, Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə əmri ilə benzin və dizel yanacağının dəmir yolu ilə üçüncü ölkələrə, o cümlədən Avrasiya İqtisadi İttifaqı ölkələrinə ixracına qadağa qoyulub.
Â
"Operativ Media" xəbər verir ki, buna səbəb daxili bazarda qıtlığın qarşısını almaqdır.
Yayımlanan sənəddə qeyd edildiyi kimi, qadağa yanvarın 29-dan tətbiq olunacaq və martın 29-dək qüvvədə olacaq. İstisnalara qanuna uyğun olaraq əvvəlcədən planlaşdırılan çatdırılmalar, habelə humanitar yardım və ya fövqəladə halların aradan qaldırılması üçün yanacağın çıxarılması daxildir.
Â