Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 4-də Ağ Evdə bir araya gələcək.
İsrail Baş nazirinin Mətbuat Xidmətinin yaydığı yazılı açıqlamada Trampın Netanyahunu Ağ Evə dəvət etdiyi və onların fevralın 4-də görüşəcəyi bildirilib. İsrail mətbuatına görə, iki prezidentin görüşündə əsasən Qəzzadakı atəşkəs olmaqla yanaşı regional məsələlərin müzakirə olunacağı gözlənilir.