"Hraparak" qəzetinin yaydığı məlumata görə, Müdafiə Nazirliyi ilə bağlı bir neçə cinayət işi Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılır.
Nəzarətə götürülən işlərdən biri qarlı ərazilər üçün nəzərdə tutulmuş 10 texnikanın alınmasına dair sənədlərdir. Məsələ burasındadır ki, Müdafiə Nazirliyi Avropa istehsalı olan "qar arabaları"nı bazar qiymətindən dəfələrlə baha qiymətə alıb. Üstəlik, Zəngəzur Mis-Molibden Zavodu eyni "qar arabaları"nı xeyli aşağı qiymətə alıb. Nazir müavini Karen Brutyan bu işlə bağlı suallara cavab verməyib və qəzetin komitədəki mənbəsi məlumatı təsdiqləyib.
Tural Tağıyev
AzVision.az