EN

Türkiyə XİN: Türkiyə, Azərbaycan və Özbəkistan yol xəritəsi hazırlayacaq

Türkiyə, Azərbaycan və Özbəkistan əməkdaşlığı gücləndirmək üçün yol xəritəsi hazırlayacaq.

 

Sfera.az  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib.

 

O qeyd edib ki, bugünkü iclasda üçtərəfli formatda siyasi-iqtisadi əməkdaşlığa dair imkanlar müzakirə olunacaq:

 

“Qarşıdakı dövrdə atacağımız konkret addımlar üçün yol xəritəmizi müəyyənləşdirəcəyik. İlk gündəm maddəsi olaraq xarici siyasət və regional əməkdaşlıq mövzusunda bizə birbaşa təsir edən məsələləri müzakirə edəcəyik. İkinci əsas müzakirə mövzusu ticarət, iqtisadiyyat, əməkdaşlığın genişləndirilməsi məsələsi təşkil edir. Türkiyənin ticarət həcmi ilbəil artmaqdadır. Bu çərçivədə Türk dünyası ilə də ticarət əlaqələrimiz genişlənir. Türk dövlətləri ilə ticarət tərəfdaşlığımızı genişləndirilməsinə, qarşılıqlı investisiyaların artırılmasına xüsusi önəm veririk.

Chosen
4
50
sfera.az

10Sources