EN

AZAL-ın xalis mənfəəti 6 %-dən çox artıb

"Azərbaycan Hava Yolları” QSC (AZAL) 2023-cü ili 117,683 milyon manat xalis mənfəətlə başa vurub.

"İki sahil" aviaşirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 6,4 % çoxdur.

2023-cü ildə AZAL-ın daşımalar üzrə və digər gəlirləri 1 milyard 473,161 milyon manat (2022-ci ilə nisbətən 28,1 % çox), hökumətdən aldığı subsidiyalar 21,24 milyon manat (80,5 % az), əməliyyat xərcləri 1 milyard 177,336 milyon manat (13,1 % çox), ticarət debitor borcları və əlaqəli tərəflərdən alınacaq məbləğlər üzrə dəyərsizləşmənin barpasından gəlirləri 1,769 milyon manat (95,6 % az), maliyyə xərcləri 161,088 milyon manat (57,6 % çox),xarici valyuta mübadiləsindən zərəri 11,217 milyon manat (92,9 % çox), mənfəət vergisi ödəmələri isə 28,846 milyon manat (26,6 % az) təşkil edib.

2024-cü il yanvarın 1-nə AZAL-ın aktivləri 2 milyard 640,517 milyon manat olub ki, bu da illik müqayisədə 17,8 % çoxdur. Hesabat dövründə aviaşirkətin öhdəlikləri 5,2 % artaraq 3 milyard 169,624 milyon manata çatıb, balans kapitalının çatışmazlığı isə 31,5 % azalaraq 529,107 milyon manata düşüb.

Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Onun nizamnamə kapitalı 823,975 milyon manatdır. Aviaşirkətin qərargahı Bakıda - Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Chosen
2
3
ikisahil.az

10Sources