Xatırladaq ki, İsrailin hökumət başçısının ABŞ-yə gözlənilən səfəri barədə, bir neçə gündür ki, yerli mətbuatda xəbərlər yayılırdı. Bu səfərin əvvəlcə 3-5 fevral aralığında reallaşacağı diqqətə çatdırılırdı. Ötən gün isə Donald Tramp Vaşinqtona səfərlə əlaqədar Netanyahuya şəxsəndəvətgöndərib. Məlumata görə, onların görüşü 4 fevralda baş tutacaq. Beləliklə,Benyamin Netanyahu Ağ Evdə Trampın qəbuluna gələn ilk xarici lider olacaq.
Tramp:"Tezliklə Netanyahu ilə görüşəcəyik" |
"İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona gələndə onunla Qəzzada "iki dövlətli həll" yolu və digər məsələlər ətrafında müzakirələr aparacağıq",- Tramp dünən "Endryus" Hərbi Bazasına yollanmaq üçün təyyarəyə minərkən jurnalistlərə açıqlamasında söyləyib.
Firudin Həmidli
AzVision.az