EN

Ərdoğan HƏMAS heyəti ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Şurasının sədri Məhəmməd Dərvişi və nümayəndə heyətini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Qəbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan, MİT sədri İbrahim Kalın, Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

Prezident Ərdoğan Məhəmməd Dərviş ilə keçirdiyi görüşdə bildirib ki, HƏMAS-ın 471 günlük mübarizəsi müqavimət ruhunun itirilməyəcəyini bir daha göstərdi.

Qəbul zamanı Ərdoğan Türkiyənin Qəzzadakı atəşkəsin ikinci və üçüncü mərhələsinin uğurla tamamlanacağına ümid etdiyini bildirib.


Chosen
21
50
qafqazinfo.az

10Sources