EN

Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb

ürcüstan parlamentinin nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb.

APA xəbər verir ki, bu barədə Gürcüstan nümayəndə heyətinin rəhbəri, Gürcüstan parlamentinin vitse-spikeri Tea Tsulukianinin bəyanatında deyilir.

“Gürcüstan hakimiyyətinin əleyhdarları gürcü nümayəndə heyətinin etimadnaməsinin AŞPA-da ümumiyyətlə tanınmamasını istəyirdilər, lakin qurum etimadnamələri tanıyıb, amma müəyyən şərtlərlə, bunlardan biri də yeni parlament seçkilərinin keçirilməsi olub. Bütün qeyd olunanları nəzərə alaraq, biz, Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri, Strasburq və Tbilisidə müzakirələr apardıq və “Gürcü Arzusu” komandasının ümumi qərarı ilə, səlahiyyətlərimizin təsdiq olunmasına baxmayaraq, bu gündən etibarən Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq”, - bəyanatda deyilir.

Qeyd edək ki, qısa müddət öncə AŞPA-da Gürcüstan hakimiyyətini yeni parlament seçkiləri keçirməyə çağıran qətnamə qəbul edilmişdi.

Chosen
11
3
aznews.az

10Sources