EN

Gürcüstan parlament nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin qeyd-şərtlərlə tanınması bizim üçün qəbuledilməzdir, çünki onlar ədalətsiz və əsassızdır.

Bu sözləri Gürcüstan parlamentin vitse-spikeri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani Strasburqda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu qərar “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının seçicilərinə və cəmiyyətin böyük əksəriyyətinə xəyanət etmək deməkdir.

Tsulukiani deyib ki, gürcü xalqının seçdiyi hakimiyyətə qarşı tam ədalətsiz və əsassız şantaj davam edir. Sübut və faktlara əhəmiyyət verilmir, müzakirələr qərəzli xarakter daşıyır və ölkəmizin əhalisinə qarşı təhqiramiz münasibətilə seçilir. Gürcüstan parlament nümayəndə heyətinin Assambleyada iştirakının heç bir mənası və əsası yoxdur.

“Bir çox insanlar, ilk növbədə bizim antidövlətçi müxalifət və qeyri-hökumət təşkilatlarının bir hissəsi Gürcüstanın yeni parlamentinin nümayəndə heyətinin səlahiyyətlərinin tanınmasına qarşı mübarizə aparıblar. Bu plan əvvəlcə komitənin dinləmələrində, sonra isə plenar iclasda iflasa uğradı və burada 306 üzvdən ibarət Assambleyanın yalnız 43 üzvü Gürcüstan nümayəndə heyətinə etimadnaməsinin verilməməsi üçün səs verdi”, – deyə T.Tsulukiani vurğulayıb.

O deyib: “Biz Gürcüstan parlamentinin Strasburq və Tbilisidəki nümayəndə heyətinin üzvləri müzakirə etdik və “Gürcü Arzusu” komandasının birgə qərarı ilə mandatımızın təsdiq olunmasına baxmayaraq, işimizi bu gündən Parlament Assambleyasında dayandırdıq”. (AZƏRTAC)

Chosen
9
18
xezerxeber.az

10Sources