EN

Gürcüstan nümayəndə heyəti AŞ PA-da fəaliyyətini dayandırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Gürcü arzusu" partiyasının qərarı ilə, səlahiyyətlərimizin təsdiqlənməsinə baxmayaraq, bu gündən etibarən Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətimizi dayandırırıq".
Oxu.Az 1TV-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, hakim "Gürcü arzusu" partiyasının üzvü Tea Tsulukiani bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin əleyhdarları gürcü nümayəndə heyətinin etimadnaməsinin AŞ PA-da tanınmamasını istəyirdilər. Lakin Avropa Şurası bu etimadnaməni müəyyən şərtlərlə tanıyıb. Şərtlərdən biri də yeni parlament seçkisinin keçirilməsi olub.
Tsulukiani əlavə edib ki, Gürcüstan nümayəndə heyəti ölkəyə və xalqa qarşı şantaj dayandırıldıqdan sonra Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini bərpa edəcək.
Chosen
9
11
oxu.az

10Sources