
60 sərnişin və 4 ekipaj üzvünün olduğu “American Airlines” təyyarəsi Vaşinqtonun Reyqan Beynəlxalq Hava Limanı yaxınlığında “Black Hawk” hərbi helikopteri ilə toqquşub.
Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, helikopterdə üç əsgər olub.
Nəşr yazır ki, toqquşma təyyarə hava limanının uçuş-enmə zolağına yaxınlaşarkən baş verib.
Zərərçəkmişlər barədə hələlik məlumat verilmir. Hazırda genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır. Reyqan Beynəlxalq Hava Limanı müvəqqəti olaraq bağlanıb.
Qeyd olunub ki, sərnişin təyyarəsi Kanzasdan, helikopter isə Virciniyadan havaya qalxıb.