EN

Tramp: Helikopter istiqamətini dəyişsəydi, faciənin qarşısını almaq olardı...

Tramp deyib ki, Vaşinqton yaxınlığındakı təyyarə qəzasının qarşısını almaq olardı, əgər helikopter istiqamətini dəyişsəydi...

ABŞ prezidenti Donald Tramp deyib ki, Vaşinqtondakı Ronald Reyqan hava limanı yaxınlığında səmada ABŞ ordusuna məxsus Sikorsky H-60 hərbi helikopterinin Bombardier CRJ700 sərnişin təyyarəsi ilə toqquşmasının qarşısını almaq olardı.

Poliqon NBC News telekanalına istinadən xəbər verir ki, Trampln fikrincə, hərbi helikopterin ekipajı kursu dəyişməli idi.

Ağ Ev rəhbəri helikopterdəki hərbçilərin aydın gecədə eniş üçün yaxınlaşan sərnişin reysi ilə toqquşmanı niyə görmədiyini və ondan qaça bilmədiyi ilə maraqlanıb.

Qeyd edək ki, Bombardier CRJ700 təyyarəsi Vaşinqtonun Reyqan Beynəlxalq Hava Limanında 33-cü uçuş-enmə zolağına yaxınlaşarkən havada Sikorsky H-60 helikopteri ilə toqquşub. Təyyarə Kanzas ştatının Viçita şəhərindən havaya qalxıb.

American Airlines bildirib ki, Kanzasdan uçan təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterin göyərtəsində ən azı üç hərbçi olub. Helikopter təlim uçuşunda imiş.

NBC News xəbər verir ki, toqquşmanın baş verdiyi Potomak çayından 4 nəfər çıxarılıb. Onlar hava limanının yanğınsöndürmə məntəqəsinə aparılıb.

FTB Vaşinqton yaxınlığındakı təyyarə qəzasında terrorçuların iştirakını inkar edib.

Poliqon.info

Chosen
13
43
poliqon.info

10Sources