Sea Breeze

Redaksiya.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına etdiyi səfərləri ilə yenidən gündəmə gəlib. İlk prezidentlik dönəmində xarici səfərini Səudiyyə Ərəbistanına edən Tramp, bu ölkəni strateji tərəfdaş olaraq gördüyünü qeyd etsə də, diqqətçəkən açıqlamalar verib.

Tramp, Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın 450 milyard dollar vəd etdiyi üçün ölkəyə səfər etdiyini xatırladaraq, növbəti dəfə səfər üçün 500 milyard dollar tələb etməyi düşündüyünü bildirib. Bununla kifayətlənməyən Tramp, Səudiyyə şahzadəsinin “Bu dəfə 600 milyard dollar verəcəyəm” açıqlamasını da bəyənməyərək “1 trilyon dollar istəyirəm” deyib.

Bəzi analitiklər bu açıqlamanı tənqid edərək, Trampın davranışlarını “Səudiyyə Ərəbistanının xəzinəsini boşaltmaq cəhdi” kimi qiymətləndiriblər. Lakin Trampın bu yanaşması, onun siyasi taktikası və qarşı tərəfi razı salma bacarığı kimi də dəyərləndirilir.

Trampın bu təklifləri və tələbkar davranışları beynəlxalq səviyyədə həm diqqət, həm də mübahisələrə səbəb olmağa davam edir.

Sevinc Kərimova

ETX
ETX
ETX