EN

Səhiyyə sahəsində kadr ehtiyatı sahəsində 40 faiz say çatışmazlığı var - İsa Əliyev

Azərbaycanda kadrların sayında və keyfiyyətində problemlər var.

Day.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəri sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə keçirilən "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, kadr ehtiyatı sahəsində 40 faiz say çatışmazlıq var:

"Bölgələrdə bu göstərici 45-50 faizə qalxır. Bizim ailə həkimimiz yoxdur. Bu sahədə xidmət göstərmək istəyənlərə müəyyən təlimlər kerçirilməlidir".

İsa Əliyev qeyd edib ki, maddi-texniki baza ilə bağlı da ciddi araşdırmalar aparılıb.

"3000-dən çox tibb məntəqəsi müəyyənləşib. Onlar haqqında məılumatlar torplanıb. Onlara planlı şəkild investisiya qoyulacaq", - İ.Əliyev qeyd edib.

Chosen
8
2
day.az

3Sources