EN

Azərbaycan karate millisinin üzvləri görüş keçirilib

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Karate Federasiyasında idman karatesi (WKF) üzrə böyüklərdən ibarət milli komandanın üzvləri və məşqçilər heyəti görüş keçirib.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı yığma üzvlərinin problemləri dinlənilib, gələcək beynəlxalq yarışlarla bağlı müzakirələr aparılıb və müvafiq tövsiyyələr verilib.

Federasiya rəhbərliyi, həmçinin yığmanın üzvü, “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretska ilə görüşüb. İdmançı 1 illik fasilədən (analıq məzuniyyəti) sonra qarşıdakı yarışlara hazır olduğunu bildirib.

Qeyd edək ki, son beynəlxalq yarışlarda fərqlənən, yüksək döyüş və əzm nümayiş etdirən karateçi Nuran Rzazadənin də maaşının artırılması ilə bağlı qərar qəbul edilib.

Chosen
3
3
azertag.az

9Sources