EN

Kiçik elektrik nəqliyyat vasitələrinin ərazi üzrə say hədləri TƏSDİQLƏNDİ

Xəbər verdiyimiz kimi kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə Qaydaları, eləcə də kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri təsdiq edilib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri aşağıdakı tələblərə uyğun olaraq müəyyən edilir:

- Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərinin inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1 000 nəfərinə ümumilikdə 6-dan çox olmamaqla;

- Azərbaycanın digər şəhər və rayonlarının inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1 000 nəfərinə ümumilikdə 4-dən çox olmamaqla.

Bizim.Media

Chosen
8
17
bizim.media

10Sources