Çeçenistan lideri Ramzan Kadırov müəmmalı şəkildə yoxa çıxması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Ramzan Kadırovla şəxsi söhbətin videosunu Çeçenistan hökumətinin sədri Maqomed Daudov yayıb. Video yanvarın 30-da süfrə arxasında süfrə arxasında çəkilib. Ramzan Kadırov deyib ki, onunla hər şey qaydasındadır, hər gün tədbirlərə gedir, səfərlərə çıxır. “Mən bilmirəm, məni harda axtarırlar?” – deyə Çeçenistan rəhbəri 18 gündür ictimaiyyət qarşısına çıxmaması ilə bağlı şayiələrə münasibət bildirib.
Bir müddət əvvəl nazir Əhməd Dudayev Kadırovun yanvar tətilindən sonra hara “yoxa getdiyi” barədə danışmışdı.
//Samir Qurbanov, Editor.az