EN

Yüksək Liqa: “Azərreyl” “Xilasedici”dən güclü oldu

Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 8-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, turun son günündə bir qarşılaşma baş tutub.

“Azərreyl” “Xilasedici” ilə üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. “Dəmiryolçular” qələbə qazanaraq rəqiblə aradakı xal fərqini 2-yə endiriblər.

Xatırladaq ki, turun ilk günündə MOİK “Neftçi”yə 0:3 (14:25, 13:25, 14:25) hesabı ilə uduzmuşdu. “Murov” isə “Gənclər”i məğlub etmişdi – 3:0 (25:16, 25:15, 25:17).

Yüksək Liqa
8-ci tur
30 yanvar

“Azərreyl” – “Xilasedici” 3:1 (25:21, 20:25, 25:23, 25:22)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Xallar: Murov – 24. Xilasedici – 18. Azərreyl – 16. Neftçi – 11. MOİK – 2. Gənclər – 1.

Chosen
7
24
arena.az

10Sources