EN

Bakıda “Excelsior” mehmanxanasının qarşısındakı yol qovşağı təkmilləşdiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Marja.az xəbər verir ki, Sərancam ilə Dövlət Proqramı təsdiqlənib.

Proqramın Tədbirlər Planında göstərilir ki, Yusif Səfərov küçəsi və Babək prospekti ilə Əhmədbəy Ağaoğlu küçəsi və Xətai prospektini birləşdirəcək yol ötürücülərinin tikintisi, “Excelsior” mehmanxanasının qarşısındakı yol qovşağının təkmilləşdirilməsi və istismara verilməsi nəzərdə turulur.

İcra müddəti olaraq 2025−2030-cu illə göstərilib. Görüləcək iş üzrə əsas icarçı orqan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir (AAYDA).

Chosen
30
3
marja.az

10Sources