EN

Mehdiabad−Baksol−Ziya Bünyadov yeni avtomobil yolu tikiləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Marja.az xəbər verir ki, Sərancam ilə Dövlət Proqramı təsdiqlənib.

Proqramın Tədbirlər Planında göstərilir ki, görüləcək tədbirlərdən biri də Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunun tikintisi və istismara verilməsidir.

Həmçinin Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunu Binəqədi şosesi ilə əlaqələndirən avtomobil yolunun tikintisi və istismara verilməsi də planlaşdırılır.

İcra müddəti olaraq 2025−2030-cu illə göstərilib. Görüləcək iş üzrə əsas icarçı orqan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir (AAYDA).

Chosen
20
27
marja.az

10Sources