EN

Dövlət Duması Putinə sui-qəsd cəhdi ilə bağlı dünyaya müraciət edəcək

Rusiya Dövlət Duması Putinə sui-qəsd cəhdi ilə bağlı genişmiqyaslı araşdırma aparmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, Dumanın beynəlxalq məsələləri üzrə komitə sədr Leonid Slutski "Rossiya 24" telekanalında müsahibəsində belə deyib.

O bildirib ki, Rusiya məsələ ilə bağlı bir çox dünya ölkəsinə müraciət edəcək.

Komitə sədri deyib: "Hamı bunu bilməlidir. Bizimlə eyni mövqedə duran hər kəs bizə dəstək olmalıdır. Obyektiv, qərəzsiz və dərin araşdırma aparılmalıdır".

Xatırladaq ki, bir müddət əvvəl jurnalist Taker Karlson ABŞ-ın sabiq adminstrasiyasının Putinə sui-qəsd hazırlanması ilə bağlı açıqlma versə də, buna heç bir dəlil gətirməyib.


Müəllif: Teleqraf.com
Chosen
2
23
teleqraf.com

10Sources