EN

Rüşvətə görə həbs edilən hərbi komissarla bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.  

 

Xatırlatma: Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd: R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

Tarix: 31 Yanvar 2025, 08:45   
Chosen
32
50
pravda.az

10Sources