Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın paytaxtı Vaşinqtondakı Ronald Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi ilə hərbi helikopterin havada toqquşması nəticəsində həyatını itirənlərlə əlaqədar başsağlığı verib. Nazirliyin yaydığı bəyanatda bu ifadələrə yer verilib: "Vaşinqtondakı Ronald Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi ilə helikopterin toqquşması xəbəri bizi dərindən kədərləndirib. Amerika xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı veririk."
Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında 60 sərnişin və 4 ekipaj üzvünü daşıyan sərnişin təyyarəsi ilə 3 hərbi personalın olduğu hərbi helikopter havada toqquşaraq çaya düşüb. Rəsmilər həlak olan 28 nəfərin cəsədinin tapıldığını və qəza nəticəsində sağ qalanların olmadığını təxmin etdiklərini bildiriblər.