Yanvarın 30-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.38% – 44,882.13 bəndədək, S&P 500 indeksi 0.53% – 6,071.17 bəndədək, Nasdaq indeksi isə 0.25% – 19,681.75 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 30-da FTSE 100 indeksi 1.04% – 8,646.88 bəndədək, Fransanın CAC-40 indeksi 0.41% – 21,727.20 bəndədək, Almaniyanın DAX indeksi 0.88% – 7,941.64 bəndədək artıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.01% azalaraq 1.0390 dollar təşkil edib.