EN

Bakı və ətraf ərazilərdə avtomobil yolları üzrə təcili görüləcək tədbirlər məlum olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

FED.az xəbər verir ki, Sərəncam ilə Dövlət Proqramı təsdiqlənib.

Proqramın Tədbirlər Planında göstərilir ki, avtomobil yolları üzrə görüləcək tədbirlərin əksər hissəsinin icra müddəti 2025−2030-ci illəri əhatə edəcəkdir. Lakin bir sıra işlərin daha qısa müddətdə - 2025−2026-cı illərdə həyata keçirilməsi nəzərdə tutular. Həmin tədbirlər aşağıdakılardır

1. Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18- ci km) avtomobil yolunun tikintisi və istismara verilməsi,

2. Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi−Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi və istismara verilməsi,

3. 20 Yanvar yol qovşağının təkmilləşdirilməsi, yeni bağlantıların yaradılması,

4. Xırdalan şəhərinin M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi

5. M-1 Bakı−Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və I mədən küçəsinin kəsişməsində (“Xırdalan dairəsi”) yol ayrıcının təkmilləşdirilməsi,

6. Ə.Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçidin təkmilləşdirilməsi,

7. M-1 Bakı−Quba−Rusiya Federasiyası ilə dövlət sərhədi və M-2 Bakı−Ələt−Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyi üzrə müayinənin (auditin) keçirilməsi.

2025-2030-cü illərdə isə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur:

1. Binəqədi−Novxanı avtomobil yolunun tikintisi və istismara verilməsi,

2. Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunun layihələndirilməsi, tikintisi və istismara verilməsi,

3. Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolunun layihələndirilməsi, tikintisi və istismara verilməsi,

4. Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunun tikintisi və istismara verilməsi,

5. Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunu Binəqədi şosesi ilə əlaqələndirən avtomobil yolunun tikintisi və istismara verilməsi,

6. Xəqani Rüstəmov küçəsi ilə Ağa Neymətulla küçəsini əlaqələndirən avtomobil yolunun tikintisi və istismara verilməsi,

7. Yusif Səfərov küçəsi və Babək prospekti ilə Əhmədbəy Ağaoğlu küçəsi və Xətai prospektini birləşdirəcək yol ötürücülərinin tikintisi, “Excelsior” mehmanxanasının qarşısındakı yol qovşağının təkmilləşdirilməsi və istismara verilməsi,

8. Məhəmməd Xiyabani küçəsinin xarici dairəvi avtomobil yolu ilə kəsişməsində tunel tipli yol ötürücüsünün, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının və Qaradağ rayonu istiqamətində keçid üçün yeni yan yolun tikintisi və istismara verilməsi,

9. Tbilisi prospekti−Akademik Həsən Əliyev−Şəfayət Mehdiyev küçələrinin kəsişməsində yol qovşağının texniki əsaslandırmasının hazırlanması və tikintisi,

10. M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlif səviyyəli yol ötürücüsünün tikintisi və istismara verilməsi,

11. M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi,

12. M-1 Bakı−Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun altında iki tunelin və M-1 Bakı−Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yoluna Şamaxı istiqamətində çıxışı təmin edən dairəvi yolayrıcının tikintisi,

13. Mir Cəlal küçəsindən Biləcəri qəsəbəsi istiqamətində avtomobil yolunun tikintisi,

14. Xırdalan şəhəri (Nizami Gəncəvi küçəsi) M-1 Bakı−Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi,

15. Yol hərəkətinin təşkilində çatışmazlıqlar olan digər yolayrıclarında yenidənqurma işlərinin həyata keçirilməsi, mövcud yol hərəkətinin texniki nizamlama vasitələrinə dəyişiklik edilməsi, həmçinin yeni texniki nizamlama vasitələrinin quraşdırılması,

16. Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması çərçivəsində S.S.Axundov və Ə.Naxçıvani küçələrinin Böyükşor küçəsi ilə əlaqələndirilməsi məqsədilə dəmiryol xətti üzərindən müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi,

17. Ziya Bünyadov prospektinin dəmiryol xətləri ilə kəsişməsində avtobuslar üçün 2 yol ötürücüsünün tikintisi,

18. H.Z.Tağıyev−Salyan avtomagistralının tikintisi,

19. Böyükşor–Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi,

20. 8 Noyabr prospektinin və Ramiz Quliyev küçəsinin kəsişməsində müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi və Qədir Məmmədov küçəsinin yenidən qurulması.

Chosen
17
24
fed.az

10Sources